Kontakt Home baş anbardar axtarır (Kosmetika və baxım məhsulları)

Anbardar

anbardar


İşəgötürən: Kontakt Home

Vakansiya: Baş anbardar (Kosmetika və baxım məhsulları)

Son tarix: 06 avqust 2022

Vəzifə öhdəlikləri:

-Anbardaxili iş fəaliyyətinin təşkil edilməsi və fəaliyyətinə nəzarət edilməsi;

-Anbarın idarə edilməsi üzrə təkliflərin hazırlanması;

-Məhsulların yük maşınlarından boşaldılması, anbara qəbul edilməsi, yerləşdirilməsi və çıxışı prosesinin təşkil olunması;

-Anbara daxil olan yüklərin faktiki miqdarının, məhsulların vəziyyətinin yoxlanılması, qablaşdırılmasında zədələnmə, əzilmə halları aşkar olunduqda aktın tərtib edilməsi;

-Məhsulların xüsusiyyətindən asılı olaraq onların modellərə uyğun çeşidlənməsi və yerləşim planına uyğun olaraq yerləşdirilməsi işinin təşkil edilməsi;

-Anbarda mütəmadi olaraq inventarizasiyaların təşkili, köhnəlmiş, zərər görmüş , istifadəyə yararsız məhsulların qeydiyyatının aparılması, aktlaşdırılması;

-Anbarda olan məhsulların təhlükəsiz saxlanılmasının təmin edilməsi;

-Məhsulların mağaza, topdan, pərakəndə və korporativ sifarişlər üzrə yığılmasının, yoxlanılmasının və maşına yüklənməsinin təşkil edilməsi;

-Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsinə, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət edilməsi.

Tələblər:

-Ali təhsil;

-Müvafiq sahədə iş təcrübəsi – 2-3 ildən çox;

-Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır;

-Səlis Azərbaycan, orta səviyyədə Rus dili biliyi, İngilis dili biliyi arzu olunandır;

-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

-1C proqram biliyi arzu olunandır.

İş şəraiti:

-AR əmək qanunvericiliyinə uyğun sənədləşmə;

-İş günləri: I-VI günlər;

-Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]