Konsaltinq şirkəti işçilər axtarır

Mühasib


Yeni yaradılmış, lakin 100+ (fərdi sahibkarlar / MMC-lər) müştəri bazası olan, (Alliance Hüquq Mərkəzindən ayrılmış qolu olan) konsaltinq şirkətinə mühasibatlıq və insan resursları şöbələrinə əməkdaşlar tələb olunur!

1. İR mütəxəssis (2)
2. Kiçik mühasib (1)
3. Mühasib (1)
4. Aparıcı mühasib (1)
5. Baş mühasib (1)

(İnsan Resursları) İş barədə məlumat:
5 günlük, saat 09:00-18:00-dək
– Kadrlara olan tələbatın təmin edilməsi (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi);
– Şirkətin ştat cədvəlinin yaradılması və ləğv edilməsi, işə qəbul,işdən azadolma, əmək haqqı və vəzifə dəyişikliyinin işlənməsi;
– Şəxsi iş sənədlərinin toplanması və sənəd nümunələrinin hazırlanması;
– İşə qəbul,vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, xitam,məzuniyyət, ezamiyyət, sosial, avans əmrlərinin hazırlanması və sənədləşdirilməsi;
– Əmək müqavilələri, əmək müqaviləsinə əlavə, məxfilik və tam maddi məsuliyyət müqavilələrinin hazırlanması;
– Akt, protokol, xasiyyətnamə və arayış sənədlərinin hazırlanması;
– Məzuniyyət qrafikinin hazırlanmsı və qeydiyyatının aparılması;
– Ezamiyyətin sənədləşdirilməsi;
– Aylıq tabellərin hazırlanması;
– Əmək kitabçalarının açılması və doldurulması;
– Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi.
– Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi.


(Mühasibatlıq) İş barədə məlumat:
5 günlük, saat 09:00-18:00-dək
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
– Kassa əməliyyatlarının yerinə yetirilməsi;
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
– Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
– Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
– E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
– Elektron qaimə , faktura, hesab fakturalarının işlənməsi;
– Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
-Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
– Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.

İşçiyə dair tələblər:
Təhsil: Ali təhsil;
İş təcrübəsi: 1 il
Kompüter bilikləri: MS Office (Excel);
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

CV-lərinizi vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]