Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur

Mütəxəssis


“Azprotein Foods Group” MMC “Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

-Elanın bitmə tarixi: 22.05.2022

-Şirkət: Azprotein Foods Group

-Ərazi: Bakı

-Əmək haqqı: 1500₼

-Staj: 3 il

-Yaş həddi: 25 — 35 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Tam iş günü (6 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected] , [email protected]

Müəssisə Buzovna (Albalı) qəsəbəsində yerləşir. Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.

Namizədə Tələblər:

İş stajı: ən azı 3-5 il

Ali təhsil: Qida mühəndisliyi, Biologiya, Zoologiya, Baytarlıq, Kimya və ya bunlara uyğun ixtisaslar

Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalı və sertifikatı olması arzuolunandır.

Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması

Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi

Hazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsi

Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili

İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;

Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması

Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;

Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;

İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;

Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.

Əmək haqqı: 1500  AZN (başlanğıc üçün).

İş qrafiki: 6 günlük .

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı (keyfiyyətə nəzarət üzrə mütəxəssis) qeyd olunmaqla [email protected], [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]