“Keyfiyyətə nəzarət üzrə mütəxəssis” axtarılır (Gəncə)

Mütəxəssis


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Gəncə Regional Sınaq Laboratoriyası üçün aşağıdakı vəzifə üzrə müsabiqə elan olunur:
Vakansiya – Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Namizədə tələblər:
– Kimya, biologiya, qida mühəndisliyi və sertifikatlaşdırma ixtisasları üzrə ali təhsil;
– Keyfiyyətə nəzarət və laboratoriya sahəsində iş təcrübəsi arzu ediləndir;
–  İSO 9001:2015, İSO 17025:2025 standartının şərtlərini bilməli;
– Dəqiqlik, diqqətlilik;
– Analitik düşünmə qabiliyyəti;
– Komanda ilə işləmə bacarığı olmalı;
– Dil biliyi: İngilis dili;
İş şəraiti:
–  İş yeri: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gəncə Regional Sınaq laboratoriyası (Gəncə şəhəri);
–  İş qrafiki: 5 günlük iş həftəsi;
– Əmək haqqı – razılaşma əsasında;
Vəzifə öhdəlikləri:
– Laboratoriyaların fəaliyyət istiqamətinə uyğun olaraq yeni metodların araşdırılması, tətbiq edilməsini təşkil edir və prosesdə iştirak edir;
-Laboratoriya işinin forma və metodlarını, laboratoriyanın fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin edir;
– Keyfiyyət İdarəetmə Sistemi Sənədlərində əks edilən vəzifə və məsuliyyətləri yerinə yetirir;
– Metodların validasiyası, verifikasiyası işlərində iştirak edir;
– İSO/İEC 17025 “Sınaq və Kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” əsasında standartın tətbiq olunduğu keyfiyyətin idarə edilməsi sisteminin bütün müddəalarını əhatə edəcək şəkildə audit yoxlama planını hazırlayır;
-Plana uyğun olaraq AQTİ-nin Sınaq Laboratoriyalarında audit yoxlamalarının keçirilməsində iştrak edir;
– Laboratoriyaların işçi heyətinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində iştrak edir;
-Keçirilmiş audit yoxlamalarının hesabatlarını zamanında hazırlayaraq laboratoriya müdirinə və müvafiq şöbə müdirinə təqdim edir;
-İnstitutun tabeliyində olan laboratoriyaların məlumat bazaları mexanizimlərinin işlənməsini təmin edir;
Namizədlərdən CV-lərini mövzu yerinə “Gəncə” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]