Karvan – L xarici satınalma üzrə mütəxəssis axtarır

İşəgötürən: Karvan – L
Vakansiya: Xarici satınalma üzrə mütəxəssis
Son tarix: 26 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə,xammalara, məhsullara dair tələblərin müəyyən edilməsi;
-Portfelində olan şirkətlərin satınalma fəaliyyətinin yoxlanılması və alışlara nəzarət
-Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
-Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
-Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
-Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
-Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
-Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
-Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
-Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
-Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
-Logistika və nəqliyyat nəzarətinin təşkili;
-Sifariş olunan avadanlıqların,xammalların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
-Alınan malların keyfiyyətinə nəzarət;
-Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
-Gömrüklə işləmə bacarığı;
-Satınalma sənədlərini hazırlama qabiliyyəti.
Namizədə tələblər:
-İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
-Xarici satınalma üzrə azı 2 il iş təcrübəsi olmaq;
-Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
-Təchizat zənciri haqqında ümumi biliklər;
-Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
-Komanda işinin təşkili;
-Yaş həddi: 25-45;
-Kompüter biliyi: MS Office (Word, Excel);
-Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-Şənbə günü qısaldılmış iş günü
-nahar şirkət tərəfindən qarşılanır
-Telefon ilə təchiz olunma
-Əmək haqqı 1000 azn-dən başlayır və artandı
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 3 saat, 8 dəq
- 3 saat, 10 dəq
- 3 saat, 25 dəq
- 3 saat, 27 dəq
- 3 saat, 41 dəq