Kartaş LTD (Mr.Fix) hüquqşünas axtarır

İşəgötürən: Kartaş LTD (Mr.Fix)
Vakansiya: Hüquqşünas
Son tarix: 15 sentyabr 2022
İş barədə məlumat:
-Məhkəmələrdə və digər dövlət qurumlarında Müəssisəni nümayəndə qismində təmsil etmək
-Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
-Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
-Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
-Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
-Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
-AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Tələblər:
-Ali hüquq təhsili;
-MS Office proqramlarında işləmək bacarığı;
-Korporativ hüquq sahəsi üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
-Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti
İş yeri: Bakı şəhəri, Ş.İ.Xətai prospekti
İş qrafiki: 6 günlük iş qrafiki
Təminatlar:
-Nahar ilə təmin edilmə
-Korporativ nömrə ilə təmin edilmə
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 8 saat
- 8 saat, 2 dəq
- 8 saat, 4 dəq
- 8 saat, 5 dəq
- 8 saat, 8 dəq