Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
İşəgötürən: Kapital Bank
Vakansiya: Kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis
Son tarix: 01 avqust 2022
Öhdəliklər:
-Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
-Modellər üçün məlumatların əldə olunması və emal olunması;
-Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
-Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
-Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
-Modellər üzrə hesabatların hazırlanması.
Tələblər:
-İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
-Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
-Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
-İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
-Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-Komandada işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiyalar
-
1 gün, 10 saat, 24 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 10 saat, 58 dəq
- 2 gün, 5 saat, 4 dəq
- 3 gün, 18 dəq
- 3 gün, 16 saat, 3 dəq