Kapital Bank əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi axtarır
İşəgötürən: Kapital Bank
Vakansiya: Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Son tarix: 19 noyabr 2022
Öhdəliklər:
-Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
-Əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
-Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul,xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, Kredit/debit kartı, POS terminal, internett bankçılıq/mobil bankçılıq, E-commerce əməliiyyatları üzrə fraud risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
-Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
Tələblər:
-Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili
-Təcrübə: bank sektorunda ən azı 4 il, Risk, daxili nəzarət,audit , fraud sahələri üzrə ən azı 2 il iş təcrübəsi,
-Yüksək ünsiyyətqurma qabiliyyəti;
-Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-Dil bilikləri: Azərbaycan, İngilis, (əlavə xarici dil bilikləri alqışlanır)
-Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
-Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Vakansiyalar
-
23 saat, 7 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 4 saat, 56 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 3 saat, 48 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 4 saat, 22 dəq
- 6 gün, 22 saat, 28 dəq