Kapital Bank -da yeni vakansiyalar
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vakansiya – Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssis / baş mütəxəssis
Öhdəliklər
– Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək;
-Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
-Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
-Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət;
-Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
-Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
– Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
-Statistik modellərin hazırlanması.
Tələblər
– İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
-Yüksək ünsiyyətqurma qabiliyyəti;
– Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
– Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
-Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
-İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır R\python\SAS\Tibco və.s);
– Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isə minimum 3 il iş təcrübəsi.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Vakansiyalar
-
7 saat, 1 dəq
Как организован интернет в целом: основная структура отправки данных
-
7 saat, 2 dəq
Как организован интернет в целом: основная схема трансляции информации
- 9 saat, 14 dəq
- 9 saat, 14 dəq
- 9 saat, 14 dəq