“Jurisaz” kiçik hüquqşünas axtarır

İşəgötürən: Jurisaz
Vakansiya: Kiçik hüquqşünas
Son tarix: 21 oktyabr 2022
Vəzifə və öhdəliklər:
-Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
-Bütün növ əqdlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
-Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
-Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
-Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
-Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
-Əmtəə nişanlarının qeydiyyata alınması
-Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
Kiçik hüquqşünas aşağıdakıları bilməlidir:
-Mülki, cinayət, əmək, maliyyə, miqrasiya, vergi, hüquqları;
-Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
-Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
-İşgüzar ünsiyyət etikasını;
-Kargüzarlığın təşkilinin əsaslarını;
-Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
-Daxili əmək intizamı qaydalarını;
Namizədə olan tələblər:
-Hüquq elmləri üzrə ali təhsil;
-Hüquq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
-Hüquq konsultasiya şirkətlərində ən az 1 il təcrübə;
-Dil bilikləri: Rus və ingilis dili arzuolunandır;
-Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
-Yaş məhdudiyyəti: 25 yaş – 45 yaş.
Şərtlər:
-Tam iş günü (09:00-18:00), iş qrafiki I-V günlər,
-Əmək haqqı: 800 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində “Kiçik hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 6 saat, 2 dəq
- 6 saat, 48 dəq
- 7 saat, 26 dəq
- 8 saat, 13 dəq
- 8 saat, 14 dəq