İri şirkətə “Logistika Koordinatoru” tələb olunur

Koordinator


AVRORA MMC “Logistika Koordinatoru” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

–   Region anbarlarına nəzarət edilməsi;
–   Şirkət tərəfindən malların müştərilərə çatdırılmasının təmin edilməsi;
–   Regionda nəqliyyat və daşınmalara nəzarət edilməsi;
–  Sifariş planlamanın icrasının təmin edilməsi;
–  Maşınların sifarişə uyğun istiqamətlənməsinin təmin olunmasına nəzarət edilməsi;
–  Daxil olan sifarişlərə uyğun olaraq şirkət məhsullarının tələb olunan ünvana vaxtında və göstərilən miqdarda çatdırılmasının təmin edilməsi;
–  Sürücülərin fəaliyyətinin artıq yanacaq və vaxt məsrəfinə yol vermədən düzgün istiqamətləndirilməsinə nəzarət edilməsi;
– Anbarların mal ehtiyatının tənzimlənməsinin təşkil edilməsi;
–  Sürücülərin iş rejiminin tənzimlənməsinin həyata keçirilməsi;
– Aylıq və günlük hesabatların hazırlanması.

Tələb olunan bilik və bacarıqlar :

–  Araşdırmaq və problem həll etmə bacarığı;
–  Kollektivlə işləmə bacarığı;
–  Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

–  Təhsil: Ali;
–  İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il;
– MS Office bilikləri; Microsoft Word və Excel proqramlarında işləmə bacarığı, Logix üstünlükdür;
– Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
– Riyazi hesablama aparma, analitik təhlil qabiliyyəti, mal-materialların uçotunun aparılması;
–  Anbar sahəsində təcrübə üstünlükdür.

İş şərtlərimiz :

– İş qrafiki : Tam iş günü (5 gün);
– İstirahət günü- Bazar;
– İş saatları: 09:00-18:00;
– İş yeri : Şəki şəhəri, M.Ə.Rəsulzadə pr. 6.

Biz nə təklif edirik :

– Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
– Şirkət hesabına korporativ nömrə;
– Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika Koordinatoru- Şəki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]