İri şirkətə karyera inkişafı üzrə mütəxəssis tələb olunur

Mütəxəssis

vakansiya


İşəgötürən: Avrora

Vakansiya: Karyera inkişafı üzrə mütəxəssis

Müddət: 2022-04-13 – 2022-05-13

Şəhər: Bakı

Əsas vəzifə öhdəlikləri:

-İşçi təcrübəsinin idarə olunması prosesinin işçilərin cəlb edilməsi və inkişaf mərhələlərinin həyata keçirilməsi;
-İşə götürən brendinin inkişaf etidirilməsi və tanıdılması prosesinin icra edilməsi;
-Şirkətin işə götürən kimi tədbirlərdə, əmək yarmarkalarında, həmçinin onlayn kanallarda və şəbəkələrdə layiqli təmsil olunmasına nəzarət edilməsi;
-Yeni işçilər üçün orientasiya və adaptasiya proseslərinin icra edilməsi;
-Təlim və inkişaf prosesinin bütün mərhələlərinin həyata keçirilməsi;
-Təlim ehtiyaclarının müəyyən olunması üçün rəhbərlər və İR Biznes tərəfdaşlarla birlikdə təhlillərin aparılması;
-Yerli və xarici bazarda təlimçilərin və vendorların araşdırılması;
-Təlim büdcəsinin yaradılması, büdcənin mütəmadi nəzarətdə saxlanılması, təşkil olunan təlimlər üzrə xərclərin yoxlanılması;
-Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlimin ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması;
-İnkişaf imkanları barədə məlumatlılığın artırılması və daxili təlimçilərin inkişafına töhfələrin verilməsi.

Tələb olunan bilik və bacarıqlar:

-Bütün HR Modulları üzrə ümumi biliklər;
-Layihələrin koordinasiyası bacarığı;
-Analitik düşüncə;
-Problem həll etmə bacarığı;
-Qərarvermə bacarığı;
-Komandada işləmə bacarığı;
-Vaxtın düzgün idarə edilməsi bacarığı;
-Kreativlik;
-Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
-MS Office proqramlarında sərbəst istifadə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və texniki biliklər:

-İnsan resursları, İqtisadiyyat, Maliyyə və Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsil (Magistratura təhsili üstünlük hesab olunur);
-Təlim və inkişaf sahəsi üzrə təcrübə;
-İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
-Azərbaycan dili (səlis) və İngilis dili (səlis) üzrə biliklər (Rus dili biliyi üstünlük hesab olunur).

İş şərtlərimiz:

-İş qrafiki : Tam iş günü (5 gün);
-İş saatları: 09:00-18:00;
-İş yeri : Avrora MMC.

Biz nə təklif edirik :

– Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Karyera İnkişafı üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]