İri şirkət “Hüquq Şöbəsinin Rəhbəri” axtarır

Hüquqşünas


AVRORA MMC “Hüquq Şöbəsinin Rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
-Aidiyyəti sahələr üzrə, o cümlədən inzibati, mülki, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiq edilməsi;
– İnzibati işlər – Məhkəmələrlə əlaqədar həlli çətin məsələlərin aydınlaşdırılması və həll edilməsi;
– İnzibati xətalar – Nəqliyyat, Palata və Antiinhisar məsələlərinin həll edilməsi;
– Mülki məsələlər – Bütün mülki məsələlərin həllinə nəzarət edilməsi və icrasının həyata keçirilməsi;
– Cinayət tərkibli məsələlərin həllinə nəzarət və icrasının həyata keçirilməsi;
– Ümumi müəssisənin korporativ məsələlərinin həll edilməsi (kredit müqavilələri, Nizamnamədəki payların alqı- satqısı və s.);
–  İşçi və Əmək hüquqları ilə bağlı ümumi proseslərin həll edilməsi, şirkətlə əlaqədar bütün müqavilələrin hüquqi təsdiqlənməsi;
– Şirkətin patient məsələlərinin həll edilməsi və brendin alınması;
– Müəssisənin bütün instansiya məhkəmələrində notariat icra şöbələrində təmsil edilməsi;
-Şirkət fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin icra edilməsi;
-Daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılması;
– Müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin hüquqi ekspertizasının aparılması;
-Müxtəlif mövzularda arayış, hüquqi rəy, memorandumların tərtibini bilməsi və əməkdaşlara bununla bağlı tapşırıqların verilməsi; 
-Korporativ hüquq üzrə əlaqəli işlərin icrası, şirkətin idarəetmə orqanları ilə münasibətlərin tənzimlənməsi;
– Məhkəmələrdə, dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda Şirkətin qanuni mənafeyinin müdafiəsinin həyata keçirilməsi;
– Müvafiq lisenziya və icazələrin alınması.
Tələb olunan bilik və bacarıqlar :
– Komanda ilə işləmək bacarığı;
-Korporativ hüquq üzrə 3-5 il arası iş təcrübəsi.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
–   İngilis və rus dillərini bilməsi arzu olunandır.
İş şərtlərimiz :
– İş qrafiki: Tam iş günü (5 gün);
–  İş saatları: 09:00-18:00;
–  İş yeri: Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik :
–  Əmək bazarında rəqabətli əməkhaqqı;
–  İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
-Nahar;
– Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
– Könüllü tibbi sığorta;
– Həyat yığım sığortası (könüllü).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq şöbəsinin rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]