İri siqaret istehsalçısı “Anbar uçotu üzrə mühasib”axtarır
Tabaterra “Anbar uçotu üzrə mühasib” vəzifəsi üzrə vakansiya elan edi
İşəgötürən – Tabaterra
Şəhər- Sumqayıt
Yaş həddi – 22-45
E-mail – [email protected]
İş öhdəlikləri:
-Anbar fəaliyyətini müəssisənin uçot siyasətinə müvafiq olaraq formalaşdırmaq və daimi nəzarətdə saxlamaq,
-Anbara mədaxil və məxaric əməliyyatlarının uçot proqramında aparılmasını təmin etmək və nəzarətdə saxlamaq,
-Anbardar tərəfindən müxtəlif material, qiymətlilərinin (yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, ehtiyat hissələri, alətlər, əşyalar və s.) anbara qəbulu, saxlanılması və anbardan verilməsinin sənəd və fakta uyğunluğunun yoxlanılması,
-Qəbul edilən qiymətlilərin sənədlərə uyğunluğunu yoxlamaq,
-Bütün qiymətlilərin növləri, kateqoriyaları, təyinatı üzrə qruplaşdırmaq və idarə olunmasında analitik, texniki təklifləri irəli sürmək və onların tətbiqinin səmərəliliyini ölçmək,
-Nasaz alətlər, cihazlar və s. uçun qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə icra sənədlərinin tərtibini təmin etmək,
-İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
Tələblər:
-Ali təhsil,
-Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi,
-MS Office proqramları (xüsusiylə excel), uçot proqramları SAP, 1C,
-Əla səviyyədə Azərbaycan dili,
-Ünsiyyət və yazışma səviyyəsində İngilis dili,
-Riyazi hesablama bacarıqları,
-Analitik təhlil etmə qabiliyyəti.
Əmək haqqı 1800-2200 AZN aralığında olacaq. Namizədin bilik və bacarıqlarına uyğun olaraq məbləğ müəyyən oluna bilər.
CV-nizi e-mail adresinə [email protected] vakansiyanın adını qeyd edərək göndərə bilərsiniz.
Elanın bitmə tarixi – 06-11-2022
Vakansiyalar
-
1 gün, 7 saat, 12 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 7 saat, 46 dəq
- 2 gün, 1 saat, 52 dəq
- 2 gün, 21 saat, 6 dəq
- 3 gün, 12 saat, 51 dəq