İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)

Mütəxəssis

azersun hr


Azərsun Holdinq “İnsan resursları üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.

İş yeri- Cəbrayıl

Elanın bitmə tarixi- 29.07.2022

Ümumi məlumatlar
– İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
– MS Office, Elektron Hökümət Portalından, SAP sistemindən istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
– AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
– Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
İş haqqında məlumat
– Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması;
– Əmək kitabçalarına qeydiyyatların aparılması;
– Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərini rəsmiləşdirilməsi;
– İşçilərin tibbi müayinədən keçirilməsi və illik təqib edilməsi;
– Fəhlə və qulluqçuların müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparır, onların işə davamiyyətinə nəzarəti həyata keçirir. Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında səbəblərini qeyd etməklə raport tərtib edir. Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir.
– Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
– Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Cəbrayıl)” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]