İri banka xəzinədar tələb olunur

Mühasib


İşəgötürən: Bank Respublika
Müddət: 2022-02-08 – 2022-03-07
Şəhər: Bakı

“Bank Respublika” ASC Bakı şəhəri üzrə “Xəzinədar” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:

Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
Riyazi hesablama aparmaq qabiliyyəti;
Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
Yüksək ünsiyyət bacarığı;
Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Xəzinədar qeyd etməklə 18 fevral 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]