İri banka ipoteka kreditləri üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Paşa Bank
Vakansiya: İpoteka kreditləri üzrə mütəxəssis
Müddət: 2022-04-10 – 2022-05-10
Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
-İpoteka kreditlərinin satışı (görüşlərin təşkili, konsultasiya, sənədlərin toplanması)
-İpoteka krediti müraciətlərinin baxılması və qiymətləndirilməsi
-Bankdaxili şöbələr- Filiallar, Kred Admin, KRA və digər departamentlərlə kommunikasiyanın qurulması
-Bank xərclərinin azaldılması məqsədilə AİKZF tərəfindən maliyyələşdirilən portfelin qorunması
-İpoteka krediti məhsulunun inkişafı prosesində iştirak etmək
-AİKZF ilə (partnyorlarla) münasibətlərin qurulması, inkişafı, məhsulların və biznes prosesin qurulmasında iştirak etmək.
-Biznes proses üzrə təsvirin qurulması və sənəd mübadiləsində aktiv iştirak
-Yüksək xidmətin göstərilməsi və müştəri məmnuniyyətinin əldə olunması
-İşçilər üçün təlimlərin keçirilməsi( Əlaqə Mərkəzi, Keyfiyyətə Nəzarət, Filiallar və s.)
-Yeni həmkarlarına iş mühitinə uyğunlaşmasında köməklik göstərmək və öz təcrübəsini paylaşmaq
-Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
-Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
-Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
-Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
-İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
-Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
-Fərdi müştərilərə İpoteka kreditlərinin verilməsi
-İpoteka üzrə müraciətlərin baxılması, dəyərləndirilməsi
-Sənədləşdirmənin aparılması
-Tələb edilən bilik, bacarıq və təcrübə
Təhsil
-İqtisadi və buna bənzər digər bakalavr təhsili
-Tələb olunan iş təcrübəsi: 2-3 il
-Xarici dil- İngilis (səlis), rus (səlis)
-Kompüter bilikləri- Microsoft Office
-Digər – Məhsul üzrə anlayış: İpoteka kreditinin özəllikləri və tənzimləyici tələblər (MBNP, MB, AİKZF)
-Bazar bilikləri: İpoteka kreditlərinin xüsusiyyətləri
-Satış bacarığı
-PAŞA Bank sizə nə vəd edir?
-Tibbi sığorta – İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
-İllik mükafatlar – Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
-İdman güzəştləri – İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması
Maraqlanan namizədlər careers.pashabank.az linki vasitəsilə keçid edərək vakansiya üzrə müraciət edə bilərlər.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 8 saat, 22 dəq
-
1 ay, 3 həftə, 6 gün, 3 saat, 53 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 11 saat, 51 dəq
- 2 ay, 4 gün, 11 saat, 41 dəq
- 2 ay, 4 gün, 11 saat, 44 dəq