“İnsan Resursları və Administrativ İşlər üzrə Kiçik Mütəxəssis” tələb olunur

İşəgötürən – Freight Forwarding Company
Vəzifə – İnsan Resursları və Administrativ İşlər üzrə Kiçik Mütəxəssis/Mütəxəssis
İş yeri: Qaradağ rayonu (iş yerinə çatdırılma və nahar təmin edilir)
Vəzifə təlimatı:
-Məktub, Etibarnamə və daxili sənədlərin hazırlanması və onların hesabatı
-İşə qəbul prosesinin idarə edilməsi və sənədləşmə işlərinin aparılması
-Kadr sənədlərinin qovluqlara yığılması;
-Şəxsiyyət vəsiqəsi dəyişilən əməkdaşların məlumatların sistemdə yenilənməsi və qovluqlardakı şəxsi işinə tikilməsi;
-Işçi bazasının doldurulması və yenilənməsi;
-E-gov (ƏMAS) ilə bağlı əməliyyatların həyata keçirilməsi;
-Əmək kitabçalarının doldurulması və qeydiyyat kitabçasında müvafiq qeydiyyatların aparılması;
-Aylıq iş cədvəllərinin əmək haqqı hesablanması üçün hazırlanması;
-İşəmuzd qrafiklə çalışan sürücülərin davamiyyətinin, reys saylarının və yanacaq limitlərinin yoxlanılması və nəzarət edilməsi;
-İş vaxtının cəmlənmiş uçotunun aparılması;
-İşçilərin davamiyyətinin yoxlanılması;
-Verilən digər tapşırıqların yerinə yetirilməsi;
Tələblər:
-Ali təhsil
-Əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi
-MS Office (Word, Excel) proqramı üzrə yaxşı istifadə bacarıqları
-Yerli Əmək Qanunvericiliyi üzrə biliklər
-İngilis dili biliyi arzu olunandır.
Əmək haqqı: 800-1200 AZN net
Vakansiyanın adını qeyd edərək e-mail adresinə [email protected] göndərə bilərsiniz.
Elanın bitmə tarixi – 28.11.22
Vakansiyalar
- 2 gün, 9 saat, 49 dəq
- 2 gün, 9 saat, 52 dəq
- 3 gün, 3 saat, 7 dəq
- 3 gün, 3 saat, 49 dəq
- 3 gün, 3 saat, 51 dəq