“İnsan Resursları üzrə mütəxəssis” tələb olunur

Mütəxəssis

vakansiya bioloji


İşəgötürən – Bioloji Təbabət Klinikası

Vəzifə – İnsan Resursları üzrə mütəxəssis

Tələblər:

-Ali təhsil (Menecment, psixologiya və ya insan resursları sahəsində);

-Bu sahədə ən azı 3 il iş təcrübəsi

-İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;

-AR Əmək qanunvericiliyini mükəmməl bilməli;

-Azərbaycan və Rus dillərini əla, İngilis dilini yaxşı səviyyədə bilməli;

-Vaxtın və konfliktlərin effektiv idarəedilməsi.

-Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı.

-MS Office, xüsusilə Excell; 1C proqramı biliyi;

-Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;

İş barədə məlumat:

-Kadr uçotunun təşkili və işçilərlə hesablaşmalar;

-İşçilərin şəxsi işlərinin aparılması (formalaşdırılması), kadrlar üzrə cari və perspektiv planların işlənib hazırlanması, kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumatın verilməsi;

-İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi;

-İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;

-Məzuniyyət cədvəlinin daimi nəzarətdə saxlanılması;

-Əmək kitabçalarına qeydiyyatların aparılması;

-Bütün əməliyyatların Emas.sosial.gov.az, e-sosial elektron portalında işlənilməsi; 

-İşə davamiyyət cədvəlinin hazırlanması;

-Xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin hesablanması və icrası;               

Şərtlər:

-İş qrafiki 5 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 18:00-dək, 

-İstirahət:Şənbə və  Bazar günləri;

Əmək haqqı: müsahibə zamanı müəyyən edilir.

Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını e-mail adresinə [email protected] göndərməyiniz xahiş olunur.

Elanın bitmə tarixi – 10.12.22

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]