“İnsan Resursları Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis” axtarılır

Mütəxəssis


“Araz” Supermarketlər Şəbəkəsi İnsan Resursları Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis vakansiyasını elan edir.

Tələblər:

-Ali təhsil

-Təlim və İnkişaf sahəsində minimum 2 il iş təcrübəsi

-MS Office bilikləri (MS Excel və MS Power Point yaxşı səviyyədə)

-Məsuliyyətlilik, planlama və təşkiletmə, əməkdaşlıq, effektiv ünsiyyət, təqdimetmə,problem həll etmə bacarığı

-Təlim, öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər

Vəzifə öhdəlikləri:

-Şirkət əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək, illik təlim planını hazırlamaq və təşkil etmək

-Şirkətdaxili və xarici təlimləri araşdırmaq, təşkil etmək və effektivliyinin qiymətləndirilməsi prosesini həyata keçirmək

-Öyrənmə və İnkişaf portalında (LMS) işini təşkili və mütəmadi təkmilləşdirmək

-Şirkətdə əmək fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək

-Karyera xəritələrinin hazırlanmasını və tətbiq edilməsini təmin etmək

-Kritik vəzifələr və davamçı proqramını təşkil və təqib etmək

-Kritik rollar, davamçılar üzrə fərdi inkişaf planlarını tərtib və icra etmək

-Vəzifələr üzrə səriştə bazasının hazırlanması prosesində iştirak etmək

-Vəzifə dəyərləndirmələri üzrə imtahanları təşkil etmək və icra etmək

-Təlim və İnkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq

Təminatlar:

-Nahar ilə təmin edilmə

-Əmək bazarına uyğun rəqabətli əmək haqqı

-5 günlük iş qrafiki

-Servis xidməti mövcuddur

Müraciət üçün:

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ İR Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanınavəya bir başa linkə daxil olaraq göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]