İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis / Aparıcı mütəxəssis axtarılır
Azərikard “İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis / Aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir:
Tələblər:
– İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, maraqlı layihələrdə iştirak etmək və öyrənmək istəyi;
– Ali təhsil;
– İnformasiya təhlükəsizliyi və ya proqramlaşdırma və ya sistem şəbəkə inzibatçılığı sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
– İnformasiya təhlükəsizliyi üzrə monitorinq, aşkaretmə, təhlil, təhqiqat (“Computer forensics”, “Network forensics”) və cavabvermə (“Incident response”) bacarıqları və təcrübə;
– Skriptiq avtomatlaşdırma bacarıqları “powershell”, “python”, “shell” və s.;
– Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması (ISO, NIST, SANS və s.);
– Müasir təhlükələrə (“MITRE”), boşluqlara (“CVSS”, ”CVE”) və mühafizə texnologiyalarına (“SIEM”, “SOAR”, “WAF”, “IDS/IPS”, “Firewall”, “AV” və s.) dair biliklər;
– Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik;
– Azərbaycan dili səlis, rus və texniki ingilis dillərini yaxşı səviyyədə bilməsi.
Vəzifələr:
– İT təhlükəsizlik servislərinin proqram-texniki vasitələrinə texniki dəstək, texniki müşayiət (inzibatçılıq) və monitorinq;
– Layihələrdə iştirak, o cümlədən İT təhlükəsizlik servisləri üzrə planlaşdırma və yeni proqram-texniki vasitələrinin tətbiqi;
– “SOC – Security operations Center” – istifadə edən informasiya təhlükəsizliyi proqram-texniki alətlərinin effektivliyinin artırılması (“policy tuning”, “rule tuning” və s.);
– İnformasiya təhlükəsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət;
– Azəricard şirkətinin İT infrastrukturunda informasiya təhlükəsizliyi risklərin idarəedilməsi, o cümlədən zəifliklərin aşkarlanması, aradan qaldırılması və hesabat;
– İnformasiya təhlükəsizliyi insidentlərin menecmenti, o cümlədən informasiya təhükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması, araşdırma (“cyber forensics investigation”) və hesabat;
– Şirkət daxili əməkdaşların informasiya təhlükəsizliyi, təhdidlər, daxili qaydalar və siyasətlər üzrə məlumatlandırma.
Namizədlərdən CV-ni “İnformasiya Təhlükəsizliyi üzrə Baş mütəxəssis / Aparıcı mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiyalar
-
1 gün, 24 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 23 saat, 16 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 23 saat, 50 dəq
- 3 gün, 17 saat, 56 dəq
- 4 gün, 13 saat, 10 dəq