IDE Soft android proqramçı axtarır

İşəgötürən: IDE Soft
Vakansiya: Android Proqramçı
Son tarix: 18 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Yeni proqram təminatların hazırlanması və mövcud proqramların təkmilləşdirilməsi və dəstəyi;
-Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
-Kollektiv şüurla komanda şəklində fəaliyyət;
-Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq;
-Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
-Alqoritm qurma bacarığı;
-Mövcud layihələrdə təkmilləşdirmə, optimallaşdırma və texniki dəstək işlərinin aparılması;
-Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;
-Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;
-Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
-Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.
Tələblər:
-Müvafiq sahədə ən azı 6 ay iş stajı;
-Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı biliklər;
-RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığı;
-Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklər;
-“Android memory management, threading” və performans optimizasiyası üzrə biliklər;
-Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığı;
-FCM üzrə biliklər;
-Android Architecture Components üzrə biliklər;
-Kotlin və ya Java üzrə biliklər;
Əlavə məlumat:
-Əmək haqqı: Razılaşma yolu ilə;
-İş qrafiki: I-V gün 09:00-17:00, şənbə 09:00-15:00,bazar-istirahət günü.
-İş yeri: Bakı şəhəri
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Şirkət tərəfindən təmin edilir:
-korporativ nömrə;
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “Android Proqramçı” yazıb [email protected] e-mail ünvanına göndərə bilərlər
Vakansiyalar
- 1 gün, 23 saat, 39 dəq
- 1 gün, 23 saat, 41 dəq
- 1 gün, 23 saat, 43 dəq
- 1 gün, 23 saat, 46 dəq
- 1 gün, 23 saat, 50 dəq