İcraçılarla iş bölməsinə mütəxəssis axtarılır (Sabirabad, İmişli)

İşəgötürən – “İrşad Electronics”
Vakansiya – İcraçılarla iş bölməsinə mütəxəssis (Sabirabad, İmişli)
Vəzifə və öhdəliklər:
-Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarların icrası ilə bağlı icra orqanlarında şirkətin adından çıxış etmək, zəruri hallarda sorğular vermək
-İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, portvet üzrə hədəf qoyulmuş aylıq ödənişləri təmin etmək,lazım olan məktub və sorğular hazırlamaq, borclularla mütamadi əlaqə saxlamaq
-Borclularla bağlı qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirlərinin icrasına nəzarət və icrasını tələb etmək.
Tələblər:
-Yaş: 25- 45 yaşarası;
-Cinsi: Kişi;
-Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
-Problemli kreditlər və məhkəmə icra oqanları ilə minimum 3 il iş təcrübəsi
-Komandada və müştərilərlə işləmək bacarıqları;
-Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
-Güclü kommunikasiya bacarıqları;
-İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
-Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır
İş şəraiti:
-İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşdirilmə aparılır;
-Əməkhaqqı: bonus.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] mail ünvanına ” İcraçılarla iş bölməsinə mütəxəssis” (Sabirabadvə ya İmişli) yazmaqla göndərə bilərsiniz.
Elanın bitmə tarixi – 22 iyul 2022
Vakansiyalar
- 2 gün, 16 saat, 55 dəq
- 2 gün, 22 saat, 36 dəq
- 2 gün, 22 saat, 40 dəq
- 2 gün, 22 saat, 46 dəq
- 3 gün, 22 saat, 2 dəq