İcbari Sığorta Bürosu hüquqşünas axtarışındadır

Hüquqşünas

Hüquqşünas


İşəgötürən: İcbari Sığorta Bürosu
Hüquqşünas
Son tarix: 03 mart 2023
İş yeri: Bakı.
Vəzifə öhdəlikləri:
-Büronun subroqasiya hüququ üzrə məhkəməyə qədər, məhkəmə və məhkəmədən sonrakı mərhələlərinin hüquqi təminatı;
-Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
-Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
-Təqdim olunan sənədlərin ekspertizası və hüquqi rəylərin verilməsi;
-Dövlət və özəl müəssisələrə müraciətlərin, sorğuların hazırlanması;
-Dövlət və özəl müəssisələrdən daxil olan müraciətlərin cavablandırılması;
-Hüquqi araşdırmalar aparmaq;
-Mülki hüquq, inzibati hüququ və sığorta qanunvericiliyini bilmək, lazım gələrsə digərləri üzrə araşdırma aparmaq bacarığına malik olmaq;
-Öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Tələb olunan səriştələr:
-Ali hüquqi təhsil
-Punktuallıq
-Operativlik
-MS ofis proqramlarında yüksək səviyyədə işləyə bilmə bacarığı;
-Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
-İş təcrübəsi: 1 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir).
Əmək haqqı: razılaşma yolu ilə
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]