Holcim Azerbaijan 1C texniki dəstək üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Holcim Azerbaijan

Vakansiya: 1C Texniki Dəstək üzrə Mütəxəssis

Son tarix: 21 avqust 2022

Şöbə: İnsan resursları

İş vaxtı: Tam iş vaxtı

Missiya:

1C-Enterprise (əmək haqqı və IR) konfiqurasiyasının əsas sistem tətbiqlərini hazırlamaq və bu sahədə yardımçı olmaq. Sistem üçün proqramlaşdırma və texniki xidmət tapşırıqlarını yerinə yetirmək. İstifadəçilərdən məlumat toplamaq və onlarla ünsiyyət yaradaraq tələblərini müəyyənləşdirmək və təhlil prosesinə  yardımçı olmaq. Öhdəliklərin inkişafı, təhlili və sınaqdan keçirilməsi ilə məşğul olmaq və müştərinin komandası ilə birgə işləmək. Problemləri aradan qaldırmaq və təkmilləşdirmələr etməklə proqram təminatına dəstək vermək.

Öhdəliklər:

-1C-Enterprise (v 8.3) konfiqurasiyaları üçün proqram təminatı (Əmək haqqı və İR);

-Şirkətdə tətbiq olunan 1C-Enterprise (v 8.3) proqram təminatında mövcud prosesin auditi və korreksiyası

-Mövcud sənədlərin,hesabatların AR Əmək Məcəlləsininin və şirkətin tələblərinə müvafiq dəyişdirilməsi, yeniləşdirilməsi

-Yeni sənədlərin, hesabatların AR Əmək Məcəlləsininin və şirkətin tələblərinə müvafiq yaradılması

-Texniki tapşırıqların yerinə yetirilməsi, o cümlədən kataloqların, registrlərin, sənədlərin, hesabatların yaradılması və onlara yenidən baxılması, işlənməsi.

-Proqram kodlaşdırmalarının praktik istifadədə oxunuqlu olmasına və məhsuldarlığa uyğun olmasının təhlili və düzgün işləmədikdə kodda dəyişikliklər edilməsi;

-Müştərinin biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün ən yaxşı texniki həllərin hazırlanması.;

-Şirkət rəhbərliyi tərəfindən  qarrşıya qoyulan vəzifələrin həlli müddətinin razılaşdırılması və müddətə riayət edilməsi;

-Konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək: həm standart, həm də qeyri-standart (öz-özünə yazılmış, dəstəkdən çıxarılan) konfiqurasiyalar üçün.

-1C platformasının inkişafına nəzarət etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq

-Müştəri ilə qarşılıqlı əlaqə, ehtiyacların təhlili, inkişaf üçün həll yollarının təklifi.

-Təkmilləşdirmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət

-Tənzimləyici hesabatların yenilənməsi.

-Yeni konfiqurasiyaların izlənməsi.

-Yeniliklərin axtarılması və tətbiqi.

-Təlim materiallarının hazırlanması

İxtisas və bacarıqlar:

-Proqramlaşdırma və ya Mühəndislik sahəsində ali təhsil

-1C-Enterprise (8.3) İnkişaf Sertifikatı

-1C proqramı və arxitekturası üzrə 5-7 il peşəkar təəcrübə

-Biznes yönümlü tərəfdaşlıq yanaşması

-Layihənin inkişafı bacarıqları mühümdür.

-Yenilikçi düşüncə tərzi və komanda işi.

Müraciət proseduru:

Maraqlanan namizədlər CV-ləri mövzu hissəsinə 1C_TSS yazmaqla göndərəmələri xahiş olunur.Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək

Bütün müraciətlər təqdim edildikdən sonra nəzərdən keçiriləcək. Şirkət uyğun namizəd müəyyən edilən kimi vakansiyanı doldurmaq hüququnu özündə saxlayır. Ərizələrin yoxlanılması, nəzərdən keçirilməsi və təqdim edildikdən sonra müsahibələr aparılacaq. Şirkət müvafiq namizəd müəyyən edilən kimi vəzifəni doldurmaq və vakansiyanı bağlamaq hüququ özündə saxlayır.

Ərizələrin son qəbul tarixi: 20 Avqust, 2022.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]