Hidro İnşaat Servis aparıcı mühasib axtarır

İşəgötürən: Hidro İnşaat Servis
Vakansiya: Aparıcı mühasib
Son tarix: 10 sentyabr 2022
Əsas vəzifə öhdəlikləri:
-Bank əməliyyatları, material hesabatları, debitor və kreditorların uçotunun aparılması;
-Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
-Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
-Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
-Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirilməsi.
Namizədə dair tələblər:
-Ali təhsil;
-Mühasibatlıq sahəsi üzrə bütün əhəmiyyətli məlumatlara sahib olma və bununla əlaqədar iş təcrübəsi;
-Əmək haqqı hesablamasını üzrə mükəmməl bilik və təcrübə;
-Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı;
-Microsoft Office proqramlarını, əsasən Excel və 1C-ni mükəmməl bilmək;
-Azərbaycan Respublikasının Vergi Məcəlləsini və tələb edilən qanunvericilik sahələrini bilmək;
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür.
Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq net 1200-1400AZN aralığında olacaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.
Vakansiyalar
-
6 saat, 1 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 10 dəq
- 6 saat, 11 dəq
- 6 saat, 13 dəq
- 6 saat, 19 dəq