Halal-P şirkəti satınalma mütəxəssisi axtarır

Halal-P şirkəti Satınalma Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
-Elan tarixi: 12.04.2022
-Bitmə tarixi: 12.05.2022
-Şirkət: Halal-P
-Ərazi: Bakı
-Əmək haqqı: 700 — 1000 ₼
-Staj: 1 il
-Yaş həddi: 25 — 45 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (5 gün)
-Müqavilə: Əmək müqaviləsi
-E-mail: [email protected]
Tələblər:
Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
İngilis dilində yüksək yazı və danışıq bacarığı mütləqdir.
İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.
MS Office proqram biliklərin olması vacibdir.
Rus dili biliyinin olması arzuolunandır.
Bazarı təhlil etmək bacarığı
Danışıqların aparılması bacarığı
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
Vəzifə öhdəlikləri:
Təchizatçılar ilə əlaqələrin qurulması;
Satınalma sənədlərinin hazırlanma bacarığı;
Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
Xarici logistikanı bilməli;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı
Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq
Dəyərlərimiz:
İnkişaf və davamlı öyrənmək istəyi
Qayğı göstərmək və kömək etmək istəyi
Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdən ibarətdir:
CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir
Doldurulmuş anket forması – cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk
Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
Rəhbərlə müsahibə
Şərtlər:
yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;
Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;
Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;
İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;
Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!
Əmək haqqı: 700-1000 AZN
CV-zi vakansiyanın adını qeyd etməklə bu ünvana [email protected] göndərməyi unutmayın.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 8 saat, 1 dəq
-
1 ay, 3 həftə, 6 gün, 3 saat, 32 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 11 saat, 30 dəq
- 2 ay, 4 gün, 11 saat, 20 dəq
- 2 ay, 4 gün, 11 saat, 23 dəq