Halal – P satınalmalar üzrə mütəxəssis axtarır

Mütəxəssis

tender


İşəgötürən: Halal – P

Vakansiya: Satınalmalar üzrə mütəxəssis

Son tarix: 23 iyul 2022

Tələblər:

-Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların  ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)

-İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı mütləqdir. 

-İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.

-MS Office proqram biliklərin olması vacibdir.

-Bazarı təhlil etmək bacarığı

-Danışıqların aparılması bacarığı

-Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

-Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları

Vəzifə öhdəlikləri:

-Təchizatçılar ilə əlaqələrin qurulması;

-Satınalma sənədlərinin hazırlanma bacarığı;

-Satınalma müqavilələri haqqında məlumatlı olmalı;

-Xarici logistikanı bilməli;

-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;

-Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;

-Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;

-Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı

-Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq

-Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək

-Satınalma müqavilələrini  hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq

-Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək

-Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək

-Sifariş verilən  malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək

-Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq

-Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq

Dəyərlərimiz:

-İnkişaf və davamlı öyrənmək istəyi

-Qayğı göstərmək və kömək etmək istəyi

-Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdən ibarətdir:

-CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir

-Doldurulmuş anket forması – cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk

-Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”

-Rəhbərlə müsahibə

Şərtlər:

-yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;

-Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;

-Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;

-İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;

Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin! 

Əmək haqqı: 700-1000 AZN

CV-zi vakansiyanın adını qeyd etməklə göndərməyi unutmayın. 

Bizimlə iş şən və perspektivlidir!

CV-nin göndərilməsi üçün e-mail: [email protected]


©️ 2022

070 231 45 70

[email protected]