Halal – P “Satınalmalar üzrə mütəxəssis” axtarır

İşəgötürən – Halal – P
Vakansiya – Satınalmalar üzrə mütəxəssis
Elanın bitmə tarixi- 10.11.2022
Tələblər:
-Xarici satınalmaları uğurla icra etmək üçün ingilis dilində yüksək yazı və danışıq bacarığın bizim üçün vacibdir.
-Işgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.
-MS Office proqram biliklərin yüksək dəyərləndirilir.
-Rus dili biliyin arzuolunandır.
Vəzifə öhdəlikləri:
-Təchizatçılar ilə əlaqələrin qurulması;
-Satınalmaların təşkili və müvafiq sənəd dövriyyəsinin aparılması;
-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
-Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
-Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
Dəyərlərimiz:
-İnkişaf və davamlı öyrənmək istəyi
-Qayğı göstərmək və kömək etmək istəyi
-Dürüstlük və ədalətli mübadilə
-Seçim bir neçə mərhələdən ibarətdir:
-CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir
-Doldurulmuş anket forması – cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk
-Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
-Rəhbərlə müsahibə
Şərtlər:
-Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;
-Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;
-Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;
-İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;
Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!
-Əmək haqqı: 1200-1500 AZN
CV-zi vakansiyanın adını qeyd etməklə e-mail adresinə [email protected] göndərməyi unutmayın.
Bizimlə iş şən və perspektivlidir!
Vakansiyalar
- 2 gün, 7 saat, 24 dəq
- 2 gün, 7 saat, 27 dəq
- 3 gün, 42 dəq
- 3 gün, 1 saat, 24 dəq
- 3 gün, 1 saat, 26 dəq