Halal – P satınalmalar üzrə mütəxəssis axtarır

İşəgötürən: Halal – P
Vakansiya: Satınalmalar üzrə mütəxəssis
Son tarix: 28 avqust 2022
Tələblər:
-Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
-İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı mütləqdir.
-İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.
-MS Office proqram biliklərin olması vacibdir.
-Bazarı təhlil etmək bacarığı
-Danışıqların aparılması bacarığı
-Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
-Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
Vəzifə öhdəlikləri:
-Təchizatçılar ilə əlaqələrin qurulması;
-Satınalma sənədlərinin hazırlanma bacarığı;
-Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
-Xarici logistikanı bilməli;
-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
-Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
-Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
-Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı
-Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
-Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
-Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
-Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
-Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
-Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
-Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
-Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq
Dəyərlərimiz:
-İnkişaf və davamlı öyrənmək istəyi
-Qayğı göstərmək və kömək etmək istəyi
-Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdən ibarətdir:
-CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir
-Doldurulmuş anket forması – cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk
-Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
-Rəhbərlə müsahibə
Şərtlər:
-Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;
-Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;
-Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;
-İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;
Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!
Əmək haqqı: 1000-1500 AZN
CV-zi vakansiyanın adını qeyd etməklə göndərməyi unutmayın.
Bizimlə iş şən və perspektivlidir!
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 45 dəq
-
2 ay, 3 gün, 10 saat, 16 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat, 14 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 4 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 7 dəq