“Grand-Agro” şirkəti “Baş Maliyyə Nəzarətçisi” vakansiyası elan edib

İşəgötürən: “Grand Agro” MMC
Vakansiya: Baş Maliyyə Nəzarətçisi
Əmək haqqı: 2000 – 2500 AZN / ay
Növü: Tam ştat
Təhsil:Bakalavr
Təsvir
- Ayın bağlanması üzrə işlər (xərc maddələrinin, müxabirləşmələrin yoxlanılması,və s.)
- Aylıq maliyyə hesabatlarının hazırlanması və analiz edilməsi
- Aylıq büdcə-fakt analizinin aparılması
- Debitor və kreditor borcları, avanslar və inventarlar üzrə yaşlanma cədvəllərinin hazırlanması
- Ay ərzində görülən işlərə dair Struktur Bölmələrdən məlumatların toplanması
- Müşahidə Şurasının aylıq iclasları üçün təqdimatın hazırlanması
- Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən vəsait istəyi ilə bağlı müraciətin hazırlanması
- Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlanması
- PO-lar üzrə xülasə hesabatların hazırlanması
- Şirkətin illik büdcəsinin hazırlanması
- Büdcəyə nəzarətin təmin edilməsi (gündəlik olaraq açılan PR/SR/PO-ların büdcə ilə uyğunluğunun yoxlanılması)
- Audit tapıntılarının aradan qaldırılması üzrə işlər
- Müxtəlif xərc maddələri üzrə aylıq, rüblük, yarımillik və illik analizlərin aparılması
Perspektiv layihələrlə bağlı səmərəlilik təhlillərinin aparılması
Tələblər
Bakalavr və ya Magistr – Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat
İş təcrübəsi : Minimum 3-5 il
ACCA (F3 və F7 mütləqdir, F5, F8 və F9 əlavə üstünlükdür)
CFA və ya FMVA əlavə üstünlükdür
Normal səviyyədə vergi bilikləri
Analitik düşüncə
Ms. Office (xüsusilə Excel) – yaxşı səviyyədə
İş üçün buradan müraciət edə bilərsiniz.
Vakansiyalar
- 13 saat
- 1 gün, 13 saat, 55 dəq
- 1 gün, 14 saat, 9 dəq
- 2 gün, 8 saat, 32 dəq
- 2 gün, 8 saat, 37 dəq