GESCO ASC SƏTƏM üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: GESCO ASC

Vakansiya: SƏTƏM üzrə mütəxəssis

Son tarix: 29 oktyabr 2022

Tələblər:

-Yaş 25-55;

-Azərbaycan vətəndaşı olmalı;

-3-5  ilədək uyğun sahədə iş təcrübəsi;

-FHN şəhadətnamə və müvafiq SƏTƏM üzrə sertifikatlar

-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C).

-İşinə məsuliyyətli yanaşma.

-Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;

-Hesabatların hazırlanması və təqdim edilməsi;

-AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə;

-Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla) və İngilis (əla).

-Kollektivdə işləmək bacarığı.

-Ali  texniki təhsil;

Ancaq yuxarıda qeyd edilən parametrlərə cavab verən namizədlərin müraciətinə baxılacaqdır.

Vəzifələr:

-Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi

-Buraxılış və obyektdaxili rejim qaydalarına əməl olunmasının təmin edilməsi

-Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi

-Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası

-Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;

-Təhlükəsizliyin yoxlanılması və risk qiymətləndirmələrin aparılması;

-Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və yeniləmək;

-Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;

-İşçilərə təhlükəsizlik siyasətinin əhəmiyyətini bildirmək və ona əməl olunmasına nəzarət etmək;

-Təhlükəsizliyə dair yeni və davamlı təlim tələblərini müəyyənləşdirmək, bütün təlimlərin vaxtında nəzərdən keçirilməsinə və təmin edilməsinə nəzarət etmək;

-Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;

İş şəraiti:

-Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.

-İş rejimi – 5 günlüki

-İstirahət vaxtı- şənbə, bazar.

-İş saati – 09:00-18:00

Əlaqə:

Telefon: (+994 12) 310-05-77

Mob: (+994 55) 207-00-40 (+994 55) 206-87-89,

Ünvan Bakı, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, Bina 5

Vakansiyaya müraciət üçün CV-nizi “SƏTƏMM” mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]