Gemza Group mühasib axtarır

Mühasib

muhasib9


İşəgötürən: Gemza Group

Vakansiya: Mühasib

Son tarix: 13 noyabr 2022

Əsas vəzifələri:

-Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək

-Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərini həyata keçirtmək

-Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsini və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;

-Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək

-Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək

-Əmək haqqının ödənilməsi hesabları, vergi ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri tərtib etmək

-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkil edilməsi və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət  etmək

-Pul vəsaitləri və əmtəə-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsini təşkil etmək

-Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək

-Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirmək

-Aylıq Mənfəət və gəlir hesabatının tərtib edilməsini həyata keçirtmək

-Dövriyyə qalıq cədvəlini hesablar üzrə yoxlamaq, uyğun sənədləri üzləşdirmək

-Yerli və xairici ödənişləri həyəta keçirtmək

-Avans ödənişləri və onları YGB ilə bəyan etmək

-Xarici şirkətlərlə üzləşmələri aparmaq

Namizədə tələblər:

-Ali Təhsil – mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə 

-Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları və təcrübəyə malik olmaq

-Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi

-ACCA, CIMA, CFA üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcək

-Azərbaycan dili – əla səviyyədə, rus və ingilis dilləri – yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək

-Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti

-Komanda ilə işləmə bacarığının olması

-Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

Büdcə: 700-1000 AZN Gross

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərin göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]