Gədəbəy Mineral Suları MMC keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Gədəbəy Mineral Suları MMC

Vakansiya: Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Son tarix: 29 iyul 2022

İş yeri Gədəbəy – Zəhmət kəndi.

Vəzifə öhdəlikləri:

-Müəssisənin istehsal etdiyi məhsulların (içkilərin) keyfiyyətinə nəzarətin aparılmasını, standart və mineral tərkibinin nümunələrlə və texniki sənədlərin təsdiq edilmiş tələblərinə uyğun olaraq hazırlanması üçün işlər təşkil edir;

-Müəssisəyə daxil olan xammalların yoxlanmasını, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını, həmçinin istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun istehlakçılara göndərilənə qədər müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə əməliyyat nəzarətini təmin edir.

-Keyfiyyətə nəzarət sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanması işini həyata keçirmək;

-İşin, məhsulun keyfiyyətinin geri qalma səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər vermək və keyfiyyətin artırılması üçün zəruri tədbirlərin işlənib hazırlanmasında birbaşa iştirak etmək;

-Zay olan məhsulların, səbəbləri uçotunun aparılması işini təşkil edir.rə, rəhbərliyin birdəfəlik xidməti tapşırıqlarını, sərəncam və göstərişlərini yerinə yetirməlidir.

Namizədlərdə tələb olunur:

-Müvafiq sahə üzrə təhsil

-3 ildən az olmayaraq iş stajı

-İSO standart tələblərini bilməli,

-Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]