Gecə növbəsinə laborant tələb olunur

Laborant


ICELAND şirkəti Gecə növbəsi üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir.

-Elan tarixi: 20.04.2022

-Bitmə tarixi: 28.05.2022

-Şirkət: İceland

-Ərazi: Bakı

-Əmək haqqı: 550₼

-Staj: 1 il

-Yaş həddi: 25 — 45 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Gecə növbəsi

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

Vəzifə öhdəlikləri:

Testlərin icrası zamanı müşahidə və nəticələrini müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;

Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq;

İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa Laboratoriya müdirinə məlumat vermək;

İstehsal olunan məhsulların qida təhlükəsizliyi üzrə laborator-mikrobioloji analizlərinin aparılmaq;

Məhsulların keyfiyyət dərəcələrinin izlənilmək;

İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək:

Tələblər:

Təhsil: natamam ali, ali (kimya, biologiya, mikrobioloq) sahəsində üzrə

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

Əlavə məlumat:

Əmək haqqı; 550 AZN;

AR qanunvericiliyinə əsasən sənədləşmə;

Nahar şirkət tərəfindən təmin olunur;

İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Əlaqə nömrəsi:  (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07

Maraqlanan namizədlərdən mövzu sətrində “Gecə növbəsi üzrə laborant ” qeyd etməklə CV ni [email protected] mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət haqqında

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı altında sevgi ilə hazırlanan dondurmalar rəngarəng görünüşü ilə ilin bütün fəsillərində vitrinləri bəzəyir.

Şirkətin aparıcı mütəxəssisləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş təcrübəli mütəxəssislər, istehsal sahəsində yeni avadanlıqların tətbiqi prosesinə böyük töhfə verirlər. İstehsal olunan dondurmalar içində adı və dadı dillər əzbəri olan “Bakılı Qız”, “Malik” , “SEVGİ” brendlərinin özünəməxsus yeri var.

“Buzlar diyarı” anlamını daşıyan “ICELAND” markasının hər bir məhsulunda bu ideya öz əksini tapıb. Bu gün “ICELAND” ticarət nişanı yerli bazarda ən nüfuzlu dondurma markasıdır.

Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 “Camal” LTD şirkəti

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]