İri şirkətə “Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis” axtarılır

Mütəxəssis

veyseloglu


Vakansiya – Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu “Fraud və Dələduzluğa Qarşı Mübarizə üzrə Mütəxəssis” vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

– Müxtəlif mənbələrdən daxil olan fraud məlumatlarını qiymətləndirmək, analiz etmək və təyinatına uyğun tədbirlər görmək;

– Daxil olan korrupsiya və dələduzluq faktları ilə bağlı (və ya şübhəli hallar yarandıqda) rəhbərliyə bildirməklə, müvafiq struktur vahidinin iş fəaliyyətini yoxlamaq, zəruri hallarda təhqiqat apararaq mənimsənilmiş və vurulmuş ziyan məbləğlərinin geri qaytarılması proseslərini icra etmək;

– Aşkar olunan fraud və dələduzluq halları ilə bağlı rəhbərliyə hesabatlar təqdim etmək.

Ümumi tələblər:

– Ali təhsil;

– Müvafiq sahə üzrə, xüsusilə risklərin idarəedilməsi sahəsi üzrə iş təcrübəsi;

– Risklərin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktiki biliklər;

– Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;

– Dəqiqlilik, analitik təhlil, detallara fikir vermə qabiliyyəti.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “FDQMM” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.


©️ 2022

070 231 45 70

[email protected]