Ferrum Capital telemarketinq üzrə kiçik mütəxəssis axtarır

İşəgötürən: Ferrum Capital
Vakansiya: Telemarketinq üzrə kiçik mütəxəssis
Son tarix: 29 may 2022
Hansı özəlliklərə malik olmalıdır?
-Ali təhsil;
-21-29 yaş aralığında gənclər;
-Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
-Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
-Ünsiyyət və inandırma bacarığının olması;
-Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
-Hədəf yönümlü olmaq;
-Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
-Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Telemarketinq üzrə kiçik mütəxəssis nə iş görür?
-Bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zənglər etmək;
-Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
-Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
-Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
Əlavə məlumat:
-5 günlük iş qrafiki: 09:30 – 18:30
-Əmək haqqı: 300-500 AZN + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Telemarketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 31 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 29 dəq
- 2 ay, 5 gün, 4 saat, 19 dəq
- 2 ay, 5 gün, 4 saat, 22 dəq