Ferrum Capital məhkəmə qərarlarının icrası üzrə hüquqşünas axtarır
İşəgötürən: Ferrum Capital
Vakansiya: Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas
Son tarix: 07 aprel 2023
Hansı özəlliklərə malik olmalıdır?
-Hüquq sahəsində ali təhsil;
-Sahə üzrə təcrübə üstünlükdür;
-Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
-Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür?
-Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarlarının icrasını təmin etməklə bağlı müvafiq tədbirlər görmək;
-Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
-İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların müəyyən edilməsi üçün müvafiq sorğuların verilməsini həyata keçirmək;
-İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
-Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq.
Əlavə məlumat:
-Bazarertəsi – Cümə: 09:00 – 18:00
-Əmək haqqı: 400 AZN + bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 6 saat, 54 dəq
-
7 saat, 28 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?
- 13 saat, 52 dəq
-
3 gün, 8 saat, 48 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 3 gün, 17 saat, 24 dəq