Facility Management Group rəsmi qurumlarla iş üzrə aparıcı hüquqşünas axtarır

Hüquqşünas

Hüquqşünas


İşəgötürən: Facility Management Group

Vakansiya: Rəsmi qurumlarla iş üzrə aparıcı hüquqşünas

Son tarix: 04 sentyabr 2022

İşin təsnifatı:

-Azərbaycan Respublikasının mülki, mülki-prosessual, inzibati, inzibati-prosessual, əmək, daşınmaz əmlak, mənzil qanunvericiliyini bilmək, təhlil və tətbiq etmək bacarığı;

-Rəsmi qurumlardan  xüsusi razılıq (lisenziya), icazə, texniki şərt və digər sənədlərin alınması və ya rəsmiləşdirilməsi;

-Daşınmaz əmlak obyektlərinin kommunal xidmətlərlə təchiz olunması, müvafiq texniki-təchizat sistemlərinin müayinəsi və texniki baxışı proseslərinin rəsmiləşdirilməsi işlərinin aparılmasında iştirak etmək, müvafiq işləri təşkil etmək;

-Daşınmaz əmlaklarında kommunal xidmətlər (su, elektrik, qaz) üzrə sərfiyyatı qeydə alan nəzarət, ölçü və sayğac cihazlarının, müvafiq texniki qurğu və avadanlıqların quraşdırılması, texniki baxışı, təmiri, dəyişdirilməsi və s. rəsmiləşdirilməsini təşkil etmək;

-Kirayə/istifadə hüququ əsasında müvəqqəti yaşayan əcnəbilərin qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan sənədlərin hazırlanması və rəsmiləşdirilməsi işlərini aparmaq;

-Vəzifə və funksiyalarına aid edilmiş biznes və ya inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrini hazırlamaq;  

-Funksiyalarından irəli gələn digər vəzifələri yerinə yetirmək.

Tələblər:

-Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi

-Azərbaycan-səlis, rus və ingilis dilləri arzu olunandır

-MS Office proqramları biliyi 

-Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilər sahib olmaq;

-Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;

-Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi, magistr dərəcəsi olanlara üstünlük veriləcək

Xahiş olur CV-lərinizi Rəsmi qurumlarla iş üzrə aparıcı hüquqşünas başlığı altında [email protected] e-mail ünvanına yollayasınız. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]