Expressbankda yeni vakansiyalar!

Mütəxəssis

vacancy marja


Expressbankın yeni Pərakəndə bankçılıq departamenti /Onlayn satış və telemarketinq şöbəsi, Korporativ hüquq şöbəsi/ aparıcı hüquqşünas və İnsan resursları departamentinin işçilərin cəlb olunması və motivasiyası şöbəsi / Performansın idarəolunması üzrə mütəxəssis vakansiyaları elan edib.

1. Pərakəndə bankçılıq departamenti /Onlayn satış və telemarketinq şöbəsi

Namizədə olan tələblər:

–        Təhsi: ali;

–        Təcrübə: Bank, bokt və ya müvafiq vəzifəyə uyğun sahədə iş təcrübəsi;

–        Dillər: Azərbaycan dilində sərbəst danışıq qabilliyyəti;

–        Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

–        Komandada işləmək bacarığı;            

Görəcəyiniz işlər:

–        Onlayn kredit sifarişlərin qəbulu;

–        Sifarişlərin bankın daxili prosedur və qaydalarına uyğun rəsmiləşdirilməsi üçün sənədlərin toplanmansı;

–        Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və ABİS-də qeydiyyatının aparılması;

–        Daxili qaydalardan kənarlaşma olmadıqda sənədlərin hazırlanması və sənədlərin toplusunu kredit mütəxəssisinə təqdim edilməsi;

–        Müştərinin kredit şərtlərinə, ödəniş qaydasına və s. dair sualların cavablandırılması;

–        Sifarişlər barədə hesabatların tərtib edilməsi;

–        şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Bizim üstünlüklərimiz:

– Azərbaycanın aparıcı banklarının birində iş;

– Professional və maddi inkişaf perspektivləri.

– Tibbi sığorta;

– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

 2. Korporativ hüquq şöbəsi/ aparıcı hüquqşünas

Namizədə olan tələblər:

–        Təhsi: ali hüquqi;

–        Təcrübə: müvafiq sahədə minimum 1 (bir) il;

–        Dillər: Azərbaycan (danışmağı, oxumağı və yazmağı əla), rus (oxumağı – yaxşı), ingilis (oxumağı – yaxşı);

–        Microsoft Office proqramları üzrə biliklər;

–        Analitik düşüncə və təhlil etmə qabiliyyəti;

–        Komandada işləmək bacarığı;

–        Mülki qanunvericilik (müqavilələr, borc, girov, ipoteka, vərəsəlik hüququ) üzrə biliklər;

–        Davranış etikasına riayət etmək.

Görəcəyiniz işlər:

–        Kredit, ipoteka, zaminlik müqavilələrin hüquqi ekspertizası

–        Bankın bağladığı digər mülki-hüquqi müqavilələrin ekspertizası

–        Bankın fəaliyyəti ilə bağlı hüquqi rəylərin verilməsi;

Bizim üstünlüklərimiz:

– Azərbaycanın aparıcı banklarının birində iş;

– Professional və maddi inkişaf perspektivləri.

– Tibbi sığorta;

– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

3. İnsan resursları departamentinin işçilərin cəlb olunması və motivasiyası şöbəsi / Performansın idarəolunması üzrə mütəxəssis

Namizədə dair tələblər:

–       Ali təhsil

–       Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

–       Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti; ingilis dili arzuolunandır;

–       MS Office (MS Word, MS Excel, Outlook) proqramlarından istifadə bacarığı; 

–       Güclü ünsiyyət, təşkilatçılıq və kommunikasiya bacarıqları;

–       Çeviklik, təşəbbüskarlıq, işdə dəqiqlik və inkişafa meyilli olması;

Görəcəyiniz işlər:

–       İşçi ehtiyaclarının araşdırılması və təsdiqi prosesində iştirak etmək;

–       Əməkdaşların motivasiya siyasətin hazırlanmasında, tətbiqində və karyera planlamasında iştirak etmək;

–       İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlığın aparılmasında iştirak etmək:

–       İnsan resursları qrupunun layihələrində iştirak etmək;

–       Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi;

–       İşçilərin banka bağlığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;

–       Fəaliyyətin qiymətləndirilməsi, əmək haqqı və motivasiya sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

–       Effektivliyin əsas göstəricilərini (KPİ) özündə əks etdirən qiymətləndirmə sisteminin təşkilində iştirak etmək;

–       Əməkdaşların motivasiyasını yüksəltmək məqsədi ilə Korporativ tədbirlərin təşkili və keçirilməsi

Bizim üstünlüklərimiz:

–       Tibbi sığorta;

–       Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

–       Karyera yüksəlişi imkanı;

–       Peşəkar korporativ mühitdə işləmə imkanı.

Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]