“Expressbank” yeni vakansiyalar elan etdi
“Expressbank” aşağıdakı vəzifələr üzrə vakansiyalar elan edib.
-Risklərin idarə edilməsi Departamenti / Bank risklərinin təhlili şöbəsi /böyük mütəxəssis;
-Risklərin idarə edilməsi Departamenti / Bank risklərinin təhlili şöbəsi /mütəxəssis;
-Risklərin idarə edilməsi departamenti / Kreditlərin monitorinqi şöbəsi / Mütəxəssis (biznes kreditləri üzrə);
-İT departamenti, Sistem analitikası və keyfiyyət təminatı şöbəsi, Sistem analitik;
-İT departamenti, Sistem analitikası və keyfiyyət təminatı şöbəsi, QA sınaqçı;
-Ödəniş sistemlərinin idarə edilməsi departamenti/ Əməliyyat şöbəsi/ Bank kartları üzrə hesablaşmalar bölməsi/ müdir;
Maraqlananlar [email protected] ünvanına müraciət edə bilərlər.
1. İT departamenti, Sistem analitikası və keyfiyyət təminatı şöbəsi, Sistem analitik
Namizədə olan tələblər:
Ali təhsil
Proqram təminatının hazırlanması layihələrində sistem tələbləri üzrə analitik kimi ən azı 1 il iş təcrübəsi
Verilənlər bazası nəzəriyyəsi, sistem nəzəriyyəsi və sistem analizinin əsasları haqqında biliklər
Jira və Confluence ilə işləmək bacarığı
Bir və ya bir neçə proqramlaşdırma dilini bilmək
SQL üzrə məcburi biliklər
Müxtəlif DBMS ilə təcrübə
Məlumat modelinin dizaynı
Müxtəlif sistem inteqrasiya üsulları haqqında biliklər
REST APİ dizayn prinsiplərini başa düşmək
SOAP ilə təcrübə
JSON\XML məlumat mübadiləsi formatlarının xüsusiyyətlərini başa düşmək
Texniki sənədləri oxumaq üçün kifayət qədər ingilis dili biliyi
Sistemli düşüncə, dəqiqlik, əzmkarlıq
Komandada effektiv işləmək bacarığı
Görəcəyiniz işlər:
Proqram işçiləri üçün tapşırığın təyin edilməsi
Proqram işçiləri və biznes işçiləri arasında koordinasiya və məlumat dəstəyi
Sistemin işini öyrənilməsi və onun funksional sınaqlarının dəstəklənməsi
Proqram təminatına funksional tələblərin formalaşdırılması
İnkişafda istifadə ediləcək uyğun mövcüd həllər və texnologiyaların təhlili
Ayrı-ayrı sistem funksiyaları üçün tələblərin müəyyən edilməsi və saxlanması
Proqram təminatı üzrə hazırlanması və sınaqdan keçirilməs
Biznes tələbləri, təhlili və prosesin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
Proseslərin effektivliyini ölçmək üçün zəruri tədbirlərin təklif edilməsi
Bizim üstünlüklərimiz:
Tibbi sığorta;
Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;
Peşəkar korporativ mühitdə işləmə imkanı.
2. İT departamenti, Sistem analitikası və keyfiyyət təminatı şöbəsi, QA sınaqçı
Namizədə olan tələblər:
Ali təhsil
Müxtəlif növ testlərin təşkili və keçirilməsi təcrübəsi
Test yazma təcrübəsi
Sadə sorğular səviyyəsində SQL biliyi
Mobil platformalar (iOS, Android) üzrə biliklər.
Texniki sənədləri oxumaq üçün kifayət qədər ingilis dili biliyi
Sistemli düşüncə, dəqiqlik, əzmkarlıq
Komandada effektiv işləmək bacarığı
Görəcəyiniz işlər:
Hazırlanmış məhsulların keyfiyyətinə nəzarət
Web və mobil proqramların əl ilə sınaqdan keçirilməsi
REST API testi
İstifadəçilərin proqram məhsulları ilə işləyərkən qarşılaşdıqları səhvlərin və problemlərin müəyyən edilməsi və təhlili
Aşkar edilmiş çatışmazlıqların və səhvlərin aradan qaldırılması prosesinə dəstək
Sınaq planın hazırlanması
Aşkar edilmiş səhvlərin sənədləşdirilməsi
İnkişaf komandası ilə qarşılıqlı əlaqə
Bizim üstünlüklərimiz:
Tibbi sığorta;
Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Professional və maddi inkişaf perspektivləri;
Peşəkar korporativ mühitdə işləmə imkanı.
3. Ödəniş sistemlərinin idarə edilməsi departamenti/ Əməliyyat şöbəsi/ Bank kartları üzrə hesablaşmalar bölməsi/ müdir
Namizədə olan tələblər:
– Ali təhsili olan;
– Müvafiq peşə üzrə ən azı 2 (iki) il təcrübəsi olan şəxslər qəbul oluna bilər;
– Azərbaycan, rus, ingilis (arzuolunandır);
– Kompyuter proqramları üzrə biliklər;
– Analitik düşüncə və təhlil etmə qabiliyyəti;
– Komandada işləmək bacarığı;
Görəcəyiniz işlər:
Bölmənin işçiləri arasında vəzifə bölgüsü aparır, bölmənin vəzifələrinə müvafiq olaraq tabeçiliyində olan işçilərin fəaliyyətini istiqamətləndirir;
Bölmənin işçilərindən hesabatları tələb edir və onların hazırlanmasına nəzarət edir;
Bölmənin işçiləri tərəfindən vəzifələrin icrasına daim nəzarət edir;
Bölmənin vəzifələrinə uyğun olaraq tabeçiliyində olan işçilərə yazılı və şifahi göstərişlər verir;
Bölmənin işçiləri tərəfindən təqdim edilmiş hesabatlar əsasında departament direktoru və şöbə müdirinə cari, aylıq, rüblük və illik hesabatları təqdim edir;
Departament direktoru və şöbə müdiri tərəfindən verilmiş departamentin əsasnaməsinə uyğun bütün tapşırıqları icra edir və bu tapşırıqların icrası məqsədi ilə şöbənin işçilərinə müvafiq göstərişlər verir;
Bank tərəfindən emissiya olunmuş kartlar üzrə əməliyyatların mühasibat uçotunun aparılmasını təmin edir;
Bank kartlarının həm respublika ərazisində, həm də xaricdə aktiv olmasının təmin edilməsi üçün kart prosesinq mərkəzi ilə işi aparır;
Kart prosesinq mərkəzindən hesablaşmalara dair faylların qəbul edilməsi, bank proqramına yüklənilməsi və onların əsasında kart əməliyyatları üzrə aralıq klirinqinin həyata keçirilməsini təmin edir;
Beynəlxalq ödəniş sistemləri və prosesinq mərkəzləri ilə əlaqələri qurur və müvafiq işlər aparır;
Bölmənin hesablaşma prosesinə və hesablaşma hesablarına nəzarət edir;
Bölmə ilə bağlı olan risklərin idarə edilməsini həyata keçirir;
Bankın və Azərbaycan Respublikasının Mərkəzi Bankının məxfilik və təhlükəsizlik qaydalarına riayət edir;
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə daxili nəzarət üzrə siyasət” və bankdaxili prosedurların tələblərindən irəli gələn vəzifələri yerinə yetirir.
Bizim üstünlüklərimiz:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– Professional və maddi inkişaf perspektivləri.
– Tibbi sığorta;
– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
4. Risklərin idarə edilməsi Departamenti / Bank risklərinin təhlili şöbəsi /böyük mütəxəssis
Namizədə tələblər:
İqtisadiyyat və ya Riyaziyyat sahəsində ali təhsil
Risklərin idarə edilməsi və ya audit sahəsi üzrə ən azı 3 il iş təcrübəsi
Məntiqi analitik düşüncə qabiliyyəti
Excel və PL/SQL bilikləri, Python, R və PL/SQL bilikləri arzuolunandır
İri həcimli dataları oxumaq, emal etmək və təqdim etmək bacarığı
Komandada və fərdi şəkildə işləmək bacarığı
Korporativ və işgüzar yazışmaların aparılması bacarığı
Vəzifə öhdəlikləri:
Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi;
Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin keçirilməsi və təkliflərin verilməsi;
Bank risklərinin təhlil edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və təhlillərin həyata keçirilməsi;
Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planının hazırlaması;
Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlaması;
Bank riskləri üzrə risk xəritəsinə davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;
Daxili hesabatların hazırlanması
Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– Professional və maddi inkişaf perspektivləri.
– Tibbi sığorta;
– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
5. Risklərin idarə edilməsi Departamenti / Bank risklərinin təhlili şöbəsi /mütəxəssis
Namizədə tələblər:
Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi;
Bank risklərinin təhlil edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və təhlillərin həyata keçirilməsi;
Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planının hazırlaması;
Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlaması;
Bank riskləri üzrə risk xəritəsinə davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Daxili hesabatların hazırlanması.
Vəzifə öhdəlikləri:
Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi;
Bank risklərinin təhlil edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və təhlillərin həyata keçirilməsi;
Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planının hazırlaması;
Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlaması;
Bank riskləri üzrə risk xəritəsinə davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Daxili hesabatların hazırlanması
Daxili hesabatların hazırlanması
Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– Professional və maddi inkişaf perspektivləri.
– Tibbi sığorta;
– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
6. Risklərin idarə edilməsi departamenti / Kreditlərin monitorinqi şöbəsi / Mütəxəssis
(biznes kreditləri üzrə)
Namizədə olan tələblər:
– İqtisadiyyat sahəsi üzrə ali təhsil;
– Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dilləri arzuolunandır);
– Biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
– Kompyuter proqramları üzrə biliklər;
– Analitik düşüncə və təhlil etmə qabiliyyəti;
– Dəqiq planlaşdırma və icra qabiliyyəti;
– Ünsiyyətcillik;
– Komandada işləmək bacarığı;
– Sürücülük qabiliyyəti.
Görəcəyiniz işlər:
– Biznes kreditlərinin monitorinqi;
– Kredit dosyelərinin yoxlanılması;
Bizim üstünlüklərimiz:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– Professional və maddi inkişaf perspektivləri.
– Tibbi sığorta;
– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
Maraqlananlar [email protected] ünvanına müraciət edə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 11 saat, 10 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 5 dəq
- 7 ay, 3 həftə, 13 saat, 58 dəq
- 10 ay, 3 həftə, 5 gün, 8 saat, 43 dəq
-
11 ay, 1 həftə, 4 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır