Expressbank yeni vakansiyalar elan etdi

Mütəxəssis

iş-elanı


Expressbankı yeni Hesablaşmalar departamenti/ Müxbir hesablar və klirinq şöbəsi / aparıcı mütəxəssis və Hesablaşmalar departamenti/Ödəniş terminallar və təcili pul köçürmələrinə nəzarət şöbəsi /mütəxəssis vakansiyalarını elan edib.

1. Hesablaşmalar departamenti/ Müxbir hesablar və klirinq şöbəsi / aparıcı mütəxəssis

Namizədə olan tələblər:           

–       Ali təhsili olan;

–       Dillər: Azərbaycan (əla), Rus (yaxşı), İngilis (yaxşı);

–       Təcrübə: müvafiq peşə üzrə ən azı 1 il iş təcrübəsi;

–       Bilik və bacarıq: Microsoft Office proqramlarında işləmək biliyi.

Görəcəyiniz işlər:

–        XÖHKS üzrə daxilolmaların Mərkəzi Bankın bazasından bank proqramına yüklənməsini və hesablara yönəldilməsini təmin etmək;

–        XÖHKS köçürmələri üzrə bank proqramında paketlərin yaradılmasını və onların Mərkəzi Bankın bazası ilə ötürülməsini təmin etmək;

–        Mərkəzi Bankın XÖHKS bazasında gündəlik əməliyyatların icrası üçün subhesabın möhkəmləndirilməsini təmin etmək;

–        Müxbir hesablar üzrə qalıqların yoxlanılması və şöbəyə aid sənədlərin müvafiq qovluqlara tikilməsini təmin etmək;

–        Arxivə təhvil verilən sənədlərin müvafiq qaydada hazırlamaq;

–        Şöbəyə aid daxili müxabirləşmələrin bank proqramında yığmaq;

–        Bankın digər struktur bölmələri tərəfindən XÖHKS sistemi ilə göndərilən ödənişlərin müəyyən edilmiş limitlər çərçivəsində təsdiqləmək;

–        Filiallar və bankın digər struktur bölmələri tərəfindən xarici valyutada göndərilən köçürmələrin SWIFT sistemində yoxlamaq;

–        SWIFT sistemində bütün formatlı sənədlərinin yığımını təmin etmək;

–        Bankdaxili qaydalardan irəli gələn vəzifələrin icrasını təmin etmək;

–        Şöbə müdirinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.               

Bizim üstünlüklərimiz:

–       Tibbi sığorta;

–       Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

–       Professional və maddi inkişaf perspektivləri.

–       Peşəkar korporativ mühitdə işləmə imkanı.

2. Hesablaşmalar departamenti/Ödəniş terminalları və təcili pul köçürmələrinə nəzarət şöbəsi /mütəxəssis

Namizədə olan tələblər:           

–       Ali təhsili olan;

–       Dillər: Azərbaycan (əla), Rus (yaxşı), İngilis (orta/yaxşı);

–       Təcrübə: müvafiq peşə üzrə ən azı 6 ay iş təcrübə;

–       Bilik və bacarıq: Microsoft Office proqramlarında işləmək biliyi.

Görəcəyiniz işlər:

–        Təcili pul köçürmələri üzrə hesablaşmalara aid müxabirləşmələrin  bank proqramına daxil etmək;

–        Hökümət Ödəniş Portalı (HÖP)  və Ödənş terminalları (ÖT) üzrə hesablaşmalara aid müxabirləşmələrin bank proqramına daxil etmək;

–        Günün sənədlərinin və arxivə təhvil verilən sənədlərin müvafiq qaydada hazırlamaq;

–        Ödənş terminalları üzrə aparılan gündəlik əməliyyatlar nəticəsində yaranan hesablaşma fayllarını yüklənməsini təmin etmək;

–        Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklərə nəzarəti təmin etmək;

–        Bankdaxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin etmək;

–        Şöbə fəaliyyətindən və vəzifəsindən irəli gələn müvafiq hesabatların hazırlamaq və şöbə müdirinə təqdim etmək;

–        Şöbə müdirinin ona həvalə etmiş olduğu digər vəzifələrin həyata keçirmək.             

Bizim üstünlüklərimiz:

–       Tibbi sığorta;

–       Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

–       Professional və maddi inkişaf perspektivləri.

–       Peşəkar korporativ mühitdə işləmə imkanı.

Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]