EUROSTAR Group insan resursları üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: EUROSTAR Group

Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis

Son tarix: 06 iyul 2022

Namizədə tələblər:

-Ali təhsil 

-İnsan resursları sahəsində nəzəri biliklər

-Əmək qanunvericiliyi üzrə biliklər

-Rekrutment sahəsində biliklər

-Microsoft office programlarından sərbəst istifadə bacarığı

-İR sahəsində minimum 3 il iş təcrübəsi

Vəzifə öhdəlikləri:

-Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi

www.egov.az elektron hökümət portal ilə işləmə bacarığı;

-İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq 

-Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək

-Əmək kitabçalarının qeydiyyatını aparmaq

-İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və vəzifə dəyişikliyi haqqında əmrlərin hazırlanmasını təşkil etmək

-Xəstəlik vərəqələrini doldurmaq və elektron sistemdə qeydiyyatını aparmaq

-Əmək haqqı kartlarının sifarişi və işçilərə təhvil verilməsini təşkil etmək

-Ezamiyyət əmrlərinin yazılması və sənədlərinin rəsmiləşdirilməsini həyata keçirmək

-İşçi heyəti üçün gündəlik işə davamiyyət cədvəllərini hazırlamaq 

-Müəssisədə quraşdırılmış finger print aparatında işçilərin qeydiyyatını aparmaq və müntəzəm istifadəsinə nəzarət etmək

-Aylıq işədavamiyyət hesabatını tərtib etmək

-İşə qəbul üçün müraciət edən namizədlərin müraciətlərinin təhlil edilməsi

-Müsahibələrin təşkil edilməsi

-Rəhbərlik tərəfindən tapşırılan digər işlərin icrası 

İş şəraiti:

Əlavə məlumatlar:

-Əmək haqqı: 450 – 600 AZN

-İş qrafiki: 5 gün, 09:00 – 18:00.

-Korporativ nömrə və danışıq balansı

-Ünvan: Sahil metrosu yaxınlığı

Maraqlananlar öz CV formalarını [email protected] e-mail ünvanına göndərə bilərlər. CV-lərdə fotoşəkil olması mütləqdir.

Hər hansı sualınız olarsa, qeyd olunan nömrələrlə əlaqə saxlamaya bilərsiniz: 055 2138348/ 055 2138392

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]