EUROSTAR Group baş mühasib axtarır

İşəgötürən: EUROSTAR Group
Vakansiya: Baş muhasib
Son tarix: 06 iyul 2022
Namizədə tələblər:
-Maliyyə sahəsi üzrə ali təhsil;
-Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
-Milli və beynəlxalq mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
-İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
-Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
-MS Office və 1C 8.3 ERP proqramlarında işləmək bacarığı
-Müvafiq sahə üzrə iş təcrübəsi: 3-5 il;
-Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
-E-gov.az və E-taxes.gov.az portallarında sərbəst işləmə bacarığı.
-Gömrük sənədlərinin hazırlanması
-Tender kotirovka sənədlərinin hazırlanması
-Baş mühasib təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
İş barədə məlumat:
-Maliyyə uçotu və Vergi uçotunun qurulması, idarə edilməsi;
-İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
-Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-Vergi sahəsi ilə bağlı əməliyyatlar – Vergi bəyannamələrinin hazırlanıb paketləşdirilərək Vergi orqanına təqdim edilməsi, o cümlədən:
-Mənfəət vergisi;
-Əmlak vergisi;
-Əlavədəyər vergisi;
-Ödəmə mənbəyində tutulan vergi;
-Muzdlu işlə əlaqədar vahid bəyannamə;
-Torpaq vergisi;
-DSMF hesabatlarının Vergi orqanına təqdim edilməsi;
-Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması;
-Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
-Bank əməliyyatlarının həyata keçirilməsi;
-Əmək haqqının hesablanması;
-Bank və kassa əməliyyatları;
-Təhtəl hesab, avans hesabatının aparılmasını təmin etmək;
-Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
-Kameral vergi məktublarının cavablandırılması
-İnternet bankinq vasitəsilə bank, kredit, ödəniş tapşırıqları, maliyyə sənədləri və əmək haqqı kartlarının müraciət edilməsi
-Müqavilələrin,fakturaların hazırlanması
-İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
Əlavə məlumatlar:
-Əmək haqqı: 700 – 1000 AZN
-İş qrafiki: 5 gün, 09:00 – 18:00.
-Korporativ nömrə və danışıq balansı
-Cinsi: Qadın (30–55 yaş)
-Ünvan: Sahil metrosu yaxınlığı
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 1 gün, 5 saat, 28 dəq
- 1 gün, 5 saat, 30 dəq
- 1 gün, 5 saat, 32 dəq
- 1 gün, 5 saat, 34 dəq
- 1 gün, 5 saat, 36 dəq