Ən böyük restoran şəbəkəsi Baş aşbaza 1-ci dərəcəli köməkçi axtarır

Aşbaz

restoran


İşəgötürən: Saffron Restaurants Group
Vakansiya: Baş aşbazın 1-ci dərəcəli köməkçisi
Son tarix: 08 may 2022
İş öhdəlikləri:
-Mətbəxin ümumi işində baş aşpaza dəstək olmaq;
-Mətbəx işçilərini idarə etmək, o cümlədən işçilərin iş cədvəlini qurmaq və baş aşpaz olmadıqda intizam və inzibati məsələlərə nəzarət etmək;
-Yeməklərin keyfiyyətini yoxlamaq və bişirmə texnikasına nəzarət, yeməklərin hazırlanmasında komandaya rəhbərlik etmək;
-Yeni qəbul olan işçilərə və kiçik aşpazlara təlimlər keçmək;
-Baş aşpaza yemək menyularının yaradılmasında köməklik etmək;
-Qida gigiyena qaydalarına ciddi riayət olunmasını təmin etmək;
-Məhsulları düzgün istifadə etmək və ehtiyata nəzarət etmək.
Əsas tələblər:
-Aşpaz kimi azı 2-3 il iş təcrübəsi;
-Azərbaycan dili səlis, İngilis və Rus dili bilikləri arzu olunandır;
-Çevik iş qrafikində işləmək bacarığı;
-Ünsiyyət, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 08.05.2022-ci il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.

Şirkət haqqında
“Saffron” Restoranlar Qrupu öz fəaliyyətinə 2010-cu ildə “Çinar” restoranı ilə başlamışdır. Hal hazırda 19 brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşməkdədir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, Panasiya, Avropa, Meksika, Ərəb, Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı Hard Rock Cafe, Laduree kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir.


©️ 2022

070 231 45 70

[email protected]