Emsa Food mühasib axtarır

Mühasib


İşəgötürən: Emsa Food

Vakansiya: Mühasib

Son tarix: 26 sentyabr 2022

İşin təsviri:

-Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edir və nəzarət edir.

-Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.

-Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.

-Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.

-Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması.

-Vergi orqanları ilə yazışmalar.

-Vergi və mühasibat uçotunun aparılması.

-Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması.

-Əməliyyatların 1C proqramında işlənməsi.

-Vergi hesab fakturaların yazılması.

-Bank və kassa əməliyyatları.

-İşə qəbul (E-Gov) portalında əməliyyatların aparılması.

Tələblər:

-Təhsil – Ali.

-Cinsi – Kişi. 

-Yaş həddi – 25-40 yaş.

-Maliyyə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi.

-Dil bilikləri – Azərbaycan və Rus.

-İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.

-Güclü ünsiyyət və danışıq qabiliyyəti.

-Komandada işləmək bacarığı.

-Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.

-MS Excel/ 1 C proqram biliyi.

-Vergi və gömrük bilikləri.

-E-taxes.gov.az portalindan istifadə etmək bacarığı.

-Qidalanma və rabitə xərcləri şirkət tərəfindən ödənilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə)  mövzu yerinə “Mühasib” yazaraq göndərilməsi xahiş olunur.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]