“Əmək haqqı üzrə mühasib” tələb olunur

AGRO-VEST DC MMC şirkəti , “Əmək haqqı üzrə mühasib” vakansiyası elan edir
Vəzifə öhdəlikləri:
– İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
– Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
– Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
– DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökümət portalına işlənməsi;
– Vahid Rüblük Hesabatın hazırlanması və təqdim olunması;
– Satış üzrə bonusların hesablanması və ödənilməsi;
– İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.
Namizədə Tələblər:
– Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil;
– Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
– MS Office proqramları üzrə biliklər – Excel yüksək səviyyədə;
– 1C ERP proqramında (əsasən hesabatlarla və HR/Əmək haqqı modulu ilə) sərbəst işləmə bacarığı;
– Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
– Komandada işləmə bacarığı;
İş şəraiti:
– İş qrafiki: Həftə içi 5 gün;
-İş saatı: 09:00-18:00;
-Nahar şirkət tərəfindən təmin edilir;
-Əmək haqqı: Müsahibə əsasında
-Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə ” Əmək Haqqı Üzrə Mühasib ” yazaraq [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 7 saat, 52 dəq
- 2 gün, 7 saat, 55 dəq
- 3 gün, 1 saat, 10 dəq
- 3 gün, 1 saat, 52 dəq
- 3 gün, 1 saat, 54 dəq