eManat keyfiyyətin idarəedilməsi mütəxəssisi axtarır

İşəgötürən: eManat
Vakansiya: Keyfiyyətin idarəedilməsi mütəxəssisi
Son tarix: 14 noyabr 2022
Texniki tələblər:
-Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
-Minimum 1-3 il təcrübə
-ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının tələblərini bilmək;
-ISO 19011 (Daxili auditin keçirilməsi üzrə rəhbərlik) standartının tələblərini bilmək;
-Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
-MS Office proqramlarını bilmək;
Vəzifə öhdəlikləri:
-ISO 9001, ISO 14001 və ISO 45001 (İMS) standartlarının tələblərinə uyğun idaəetmə sistemi üzrə proses və prosedurları, təlimat və qaydaları tərtib etmək
-Biznes proseslərə əsaslanaraq informasiya və iş axınını müəyyənləşdirmək, beləliklə biznes proseslərinin təsnifatını (process statement) və blok sxemləri tərtib etmək
-Sistemin işlək vəziyyətdə saxlanılması üçün düzəldici və qabaqlayıcı tədbirlər haqqında təkliflərin vermək
-Proseslərin KPİ göstəricilərinin dövrü olaraq monitorinqi və təhlili;
-İMS ilə əlaqədar kənar təşkilatlarla əlaqələrin saxlanılması;
-Korporativ dəyərlərə əsasən prosedurların icrası üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
Bacarıqlar:
-Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
-Analitik təhlil bacarığı
-İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
-Komanda şəklində işləmə bacarığı
-Daimi olaraq yeni biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
-Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar yeməyinin təmin olunması;
-“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Keyfiyyətin idarəedilməsi mütəxəssisi” yazılmalıdır.
Vakansiyalar
- 2 gün, 7 saat, 53 dəq
- 2 gün, 7 saat, 56 dəq
- 3 gün, 1 saat, 11 dəq
- 3 gün, 1 saat, 53 dəq
- 3 gün, 1 saat, 55 dəq