Elektrik tələb olunur (Bilgəh)
İşəgötürən – Facility Management Group
Vəzifə öhdəlikləri:
Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
Aşınmış avadanlıqların təmiri və bərpa edilməsi;
Elektrik avadanlıqların dəyişdirilməsi üçün təkliflərin verilməsi;
Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
Yeni elektrik avadanlıq və cihazların quraşdırılması;
Əmək təhlükəsizlik qaydalarına və fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi.
Namizədə aid tələblər:
Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
Elektrik ixtisas sertifikatı (3-cü qrup);
Müvafiq sahə üzrə (elektrik) minimum 3-5 il təsdiqli iş təcrübəsi;
Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər;
Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;
Yaxşı ünsiyyət və hesabat bacarıqları;
Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Elektrik” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.
Vakansiyalar
- 4 saat, 22 dəq
- 4 saat, 25 dəq
- 5 saat, 1 dəq
- 5 saat, 4 dəq
- 3 ay, 2 həftə, 2 gün, 19 saat, 39 dəq