Elektrik tələb olunur

Elektrik

elektrikci


İşəgötürən – SOCAR Downstream Management

Vəzifənin məqsədi:

Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmir üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir. İşçi vəzifələrini Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq riayət etmək məsuliyyətini daşıyır.

Vəzifə öhdəlikləri:

SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;

Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;

Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;

İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək;

İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunması. İş bitdikdən sonra iş yerinin və alətlərin təmiz saxlanması, ətraf mühitin çirklənməsinin qarşısını alınması, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “rəhbərinə” xəbər verməsini təmin etmək;

Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;

Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;

İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;

İşlə əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra edilməsi;

Qəza duruşlarında  elektrik cihazlarının nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;

İşlədiyi struktur bölmələrdə bütün alətlərin önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq etmək;

Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə adaptasiya olmaq.

Tələblər:

Müvafiq sahə üzrə minimum peşə təhsili (elektrik və s.);

Transformatorlar haqqında nəzəri biliklər;

Elektrik yarımstansiyaları, alçaq və orta gərginlikli paylayıcı qurğularda haqqında ümumi anlayışlar;

Elektrik mühərriklərinə dair ümumi anlayışlar;

Generatorlar haqqında ümumi anlayışlar;

UPS-lər haqqında ilkin anlayışlar.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Elektrik” yazmaqla   [email protected]   elektron ünvanına göndərməyiniz xahiş olunur.    

Son müraciət tarixi: 05.10.2023

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]